AZ

Moskvada gərginlik kütləvi PUA hücumu

Ukrayna tərəfindən Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücum olub.

XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva regionunun səmasında 30-dan çox pilotsuz uçuş aparatı vurulub.

Bu, ən çox Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində qeydə alınıb.

Bununla əlaqədar Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarına təyyarələrin qəbulu və buraxılmasına qısa müddətlik məhdudiyyət qoyulub və daha sonra aradan götürülüb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 70 PUA hücumu gerçəkləşdirib.

Seçilən
112
48
xalq.az

10Mənbələr