AZ

“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokuboklardakı növbəti oyunlarının təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin “Qaliçanka” ilə görüşlərini Rumıniyadan olan hakimləri idarə edəcəklər.

Hər iki matça İonut Marian Kazan və Qesur Suliman təyinat alıblar. Onların işinə türkiyəli hakim-inspektor Kenan Sivrikaya qiymət verəcək.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək ilk oyunda Ukrayna təmsilçisi, ertəsi gün “Qarabağ” meydan sahibi olacaq. Hər iki matç Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.

“Kür” Avropa kubokunda növbəti matçına çıxacaq

“Kür” Kipr klubunu məğlub edib

“Kür”ün görüşlərinə serb hakimlər

“Kür” avrokuboklarda mübarizəni dayandırdı

“Qarabağ” III mərhələdə

Seçilən
26
2
apasport.az

3Mənbələr