AZ

Tanınmış jurnalist boğularaq öldü

Müğənni Şamanın (əsl adı Yaroslav Dronov) mətbuat katibi Anton Korobkov-Zemlyanski Moskvada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baza "Telegram" kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 40 yaşlı jurnalist noyabrın 9-da axşam saatlarında dünyasını dəyişib. O, həyat yoldaşı ilə evdə olarkən qəfildən boğulmağa başlayıb. Arvad təcili yardım çağırsa da, gələn həkimlər onu xilas edə bilməyiblər.

Korobkov-Zemlyanskinin ölümü ilə bağlı məlumatı Dronovun direktoru Aleksandr Kaçan da təsdiqləyib.

Şamanla əməkdaşlıq etməzdən əvvəl Korobkov-Zemlyanski Filip Kirkorovun mətbuat katibi və Avropa media qrupunun kommunikasiyalar üzrə direktoru olub.

Seçilən
8
7
bakivaxti.az

8Mənbələr