AZ

Peskov Baydenlə Trampın fərqindən danışdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident seçkiləri kampaniyası zamanı Donald Trampın Ukraynada müharibəyə son qoymaq istəyindən danışıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, bu, Trampı “indiki ABŞ administrasiyasının kursundan müsbət şəkildə fərqləndirir” deyib.

"Siqnallar müsbətdir. Seçki kampaniyası zamanı Tramp deyib ki, o, hər şeyi sövdələşmələr vasitəsilə dərk edir. Sülhə aparacaq bir sövdələşmə edə bilər. Ən azından sülhdən danışır, qarşıdurmadan, Rusiyaya strateji məğlubiyyət vermək istəyi haqqında danışmır. Bu, onu indiki administrasiyadan müsbət şəkildə fərqləndirir, bundan sonra nə olacağını söyləmək çətindir”, - Peskov bildirib.

Seçilən
94
23
unikal.az

10Mənbələr