AZ

Biləsuvarın 88 yaşlı pambıqçısı: Heydər Əliyev mənə avtomobili hədiyyə etdi – FOTO

Biləsuvarın 88 yaşlı pambıq ustası Lətif Cəfərov on illərdir gərgin əməyi ilə rayonda ad çıxarıb, zəhməti ilə hər kəsin hörmətini qazanıb.

“Report”un Muğan bürosunun əməkdaşı “Şərəf nişanı”, Qırmızı Əmək Bayrağı ordenləri, “Tərəqqi” medal ilə təltif olunan L.Cəfərovla həmsöhbət olaraq, onun həyat yoluna nəzər salıb.

“1936-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Məktəbli vaxtından ata-anamla birlikdə pambığın becərilməsində, məhsulun yığılıb təhvil verilməsində yaxından iştirak etmişəm. Kəndimizdəki orta məktəbi bitirib, Salyan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsinə qəbul oldum. Buranı da bitirib, təyinatımı Təzəkənd kəndindəki kolxoza aldım. Bir müddət kiçik aqronom, aqronom-entemoloq kimi fəaliyyət göstərmişəm. Daha sonra kolxoz sədri məni pambıqçılıq briqadiri təyin etdi”.

L.Cəfərov bildirib ki, həyatda sevincli və kədərli günləri çox olub. Hər biri unudulmazdır: “Amma bir günün xatirəsi məndən ötrü çox əzizdir – Ulu Öndər Heydər Əliyevin Biləsuvara gəlməsi. Ümumilli lider rayonun Mədəniyyət Evində fəallar ilə görüş keçirdi. Biləsuvar zəhmətkeşlərinin pambıqçılıqda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi. Heydər Əliyev görüşdə “QAZ-24” markalı “Volqa” avtomobili hədiyyə etdi. Sevincim yerə-göyə sığmırdı”.

Biləsuvarlı fermer bu il yenə də 30 hektar sahədə pambıq becərib. Pambıq əkdiyi sahədə indiyə kimi 4 dəfə kompleks becərmə aparıb.

Seçilən
63
medianews.az

1Mənbələr