Mahaçqalada noyabrın 8-də psixonevroloji dispanserdən qaçan 36 yaşlı Yaraq-Kazmalyar kənd sakinini axtarırlar.
SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2014-cü ilin fevralında qonşusunun evinə soxulmuş kişi evdən çıxmaq istəməyib.
Yerli polis əməkdaşı gələndə gənc oğlan onun boğazından tutub bir neçə bıçaq zərbəsi endirib, polis yerindəcə keçinib. Bundan sonra hücumçu onu saxlamağa çalışan atasını bıçaqlayıb.
O, digər yaxın qohumunun da başına daşla vuraraq qaçıb. Ona qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinin həlli üçün məhkəməyə göndərilib.
Və tutulan müalicəyə göndərilib. İndi o, tibb müəssisəsindən qaçıb.
Əli Babayev