McGill Universitetinin mütəxəssislərinin araşdırmalarından sonra süni meyvə ləzzətlərinin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyi və bədənin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyi müəyyən olunub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər ağciyər hüceyrələrində müdafiə yollarını bağlayır.
Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.
Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərib.
Araşdırmada meyvə ətirli elektron siqaretlərin sağlamlığa təsirləri ilə bağlı mühüm xəbərdarlıqlar edilərkən, bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanır.
Aysel