AZ

Kuba sahillərində iki güclü ZƏLZƏLƏ: Sunami təhlükəsi elan olunmayıb

Kuba sahillərində 6,0 və 6,8 bal gücündə zəlzələlər qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentrləri 53 min nəfərin yaşadığı Bartolome Maso (Qranma əyaləti) bələdiyyəsindən 30-40 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 17 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
24
3
news365.az

10Mənbələr