AZ

Tbilisidə etiraz edən nümayişçilər söz verdilər:PAYTAXT VƏ BÜTÜN ÖLKƏ İFLİC VƏZİYYƏTİNƏ SALINACAQ

Bazar günü Tbilisidə etiraz aksiyası  təşkil edən “Daitov” hərəkatının fəalları “bütün Gürcüstanın ayağa qalxması” üçün paytaxtı iflic edəcəklərini, tədricən yolları bağlayacaqlarını vəd edirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu etirazçılar saat 18:00-da Azadlıq meydanına toplaşıblar. 

 

Bundan sonra onlar Barataşvili küçəsi ilə yürüş edərək Kür çayının hər iki sahilini bağlayıblar. Toplaşanların planları Barataşvili körpüsünü bağlamaqdır.

"Bu gündən biz şəhəri iflic etməyə başlayırıq və bütün Gürcüstanın ayağa qalxacağı günə hazırlaşırıq", - “Daitov” hərəkatının aksiyanı təşkil edən rəhbərlərindən biri deyib.

 

2024-cü ilin yazında "xarici agentlər” haqqında qanuna etiraz aksiyaları zamanı yaradılan hərəkatın fəalları regionların sakinlərini də aktiv olmağa çağırırlar.

 

Mitinqə toplaşanların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları, habelə hakimiyyəti beynəlxalq təşkilatların nəzarəti altında yeni seçkilər keçirməyə çağıran plakatlar var.

 

Senzor.az

Seçilən
11
2
senzor.az

3Mənbələr