AZ

Orbandan KRİTİK AÇIQLAMA: " Macarıstanın təcridinə son qoyuldu, bütün Amerika bizimlədir"

"Respublikaçı Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələndən sonra Macarıstanın təcrid dövrü başa çatıb".

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban milli telekanal TV2-də çıxış edərkən deyib.

"Trampın qələbəsi ilə Macarıstanın təcridinə son qoyuldu. Biz tək deyilik, bütün Amerika bizimlədir", - deyə Orban bildirib .

Macarıstan rəhbəri onu da vurğulayıb ki, Trampın zəfərli qələbəsindən sonra Ukraynada “sülhə doğru sıçrayış etdik”.

Viktor Orban, Trampın 2025-ci il yanvarın 10-da rəsmi olaraq ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Macarıstan iqtisadiyyatını nələrin gözləyə biləcəyini qısaca təsvir edib. O deyib ki, ilk növbədə, Macarıstanla ikiqat vergitutma qadağasını bərpa etmək mümkün olacaq və altı ay ərzində Aİ enerji qiymətlərinin aşağı salınması ilə bağlı qərarlar qəbul etməlidir.

Seçilən
3
6
publika.az

8Mənbələr