İsrail Hərbi Hava Qüvvələri noyabrın 10-da Livanın şimal-şərqində Hizbullahın hədəflərinə irimiqyaslı zərbələr endirib, nəticədə 12 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində onlarla insan yaralanıb.
Məlumata görə, İsrailin Suriya ilə sərhəddə yerləşən Əl-Qəsr kəndinə hücumu nəticəsində daha 5 nəfər həlak olub.