Sumqayıtda bir nəfəri öldürməkdə, digərini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Vüsal Mürsəl oğlu Məmmədov saxlanılıb.
Qeyd edək ki, Sumqayıtda gecə saatlarında 1997-ci il təvəllüdlü Ceyhun Xəlifzadə və 1992-ci il təvvəllüdlü Zahir İsmayılov bıçaqlanıb. Zahir İsmayılovun müalicəsi davam etsə də, Ceyun Xəlifzadənin həyatını xilas etmək mümkün olmayıb.
***
Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
Şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu bıçaqlanıb.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.
Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.
Faktla bağlı araşdırma aparılır.