Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verilir.
Bizim.Media xəbər verir ki, bu gün gecə saatlarında daha bir neçə ölkənin və təşkiların rəhbərləri COP29-da iştirak etmək üçün ölkəmizə səfər ediblər.
Həmin şəxslərin siyahısını təqdim edirik:
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev;
Belçika Krallığının Baş naziri Aleksandr De Kro;
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel;
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay;
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb;
Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç.
Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta