AZ

YAP Nəsimi rayon təşkilatı Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər Günü” bayramının dördüncü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Niaqara restoranında “Zəfər Günü” bayramının dördüncü ildönümü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər, ali təhsil müəssisələrinin, rayonun inzibati orqanlarının rəhbərləri, millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatı sədri Azər Süleymanov Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Şəhid alələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra 8 noyabr Zəfər Gününə həsr olunmuş musiqi ifa edilib. 

Tədbir konsert proqramı ilə davam etdirilib.  Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb.   Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb. 

Seçilən
137
50
unikal.az

10Mənbələr