AZ

İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.

Məlumata görə, Baş nazir Ciorcia Meloninin rəhbərlik edəcəyi İtaliya nümayəndə heyəti noyabrın 13-də Bakıya gedəcək.

Qeyd edək ki, nümayəndə heyətində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin və digər rəsmi şəxslərin olması gözlənilir.

Seçilən
100
19
sesqazeti.az

10Mənbələr