AZ

İğdır-Azərbaycan Evində Zəfər Günü qeyd olunub

İğdır-Azərbaycan Evində Zəfər Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, İğdır şəhərində keçirilən bayram tədbirində yerli icra strukturlarının, siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar bildirib ki, Qarabağın azadlığı təkcə Azərbaycan və Türkiyənin qələbəsi deyil, həm də türk dünyasının zəfəridir. Türkiyənin ölkəmizə göstərdiyi siyasi dəstəyinə toxunan natiq 30 illik işğala cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində son qoyulduğunu vurğulayıb.

İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal da çıxışında şəhidlərimizi rəhmətlə yad edib: “Çanaqqala ruhu Qarabağda ikinci dəfə yaşandı və əldə edilən Zəfər türk millətinin Qurtuluş savaşından sonra yüzillik ərzində ikinci zəfəridir. Qarabağ zəfəri tarixi, strateji və iqtisadi baxımdan Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq və qardaşlığın, iman və könül birliyinin ən mühüm nümunələrindən biridir”.

Tədbir bədii hissə davam edib, musiqiçilər Rasim Ağayev və Nevzat Turanın ifasında xalq mahnıları səsləndirilib.

Seçilən
64
yeniazerbaycan.com

1Mənbələr