AZ

Bir dövrdən digərinə keçid yeniliklər olmadan mümkün deyil - “Alohas Regenerative Foundation”

Bir dövrdən digərinə keçid yeniliklər olmadan mümkün deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Alohas Regenerative Foundation" təşkilatının həmtəsisçisi Mark Bakley "Daxili inkişafı istifadə edərək yenilənən və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək" mövzusunda panel müzakirəsi zamanı bildirib.

"Niyə burada, innovasiya mərkəzində daxili və xarici inkişafı müzakirə edirik? Çünki hər hansı bir inkişaf, hər keçid yeniliklər tələb edir, istər bu buxar maşını, istərsə də çap maşını, ya da kosmosa çıxış olsun. Bütün bu texnologiyalar bəşəriyyəti dəyişib", - o qeyd edib.

O əlavə edib ki, daxili və xarici inkişaf bir-birindən ayrılmazdır.

"Biz yanlış olaraq düşünürük ki, daxili inkişafı dayanıqlı inkişaf məqsədlərindən ayrı şəkildə həyata keçirə bilərik, amma onlar birgə işləyirlər. Əslində, dünya əməkdaşlıq əsasında qurulub, rəqabət deyil", - Mark Bakley qeyd edib.

M.Bakley həyat tərzimizin və yaşayış mühitimizin təkamülünə uzunmüddətli, sistemli bir yanaşmanın vacibliyini də qeyd edib.

M.Bakley, həmçinin, uzunmüddətli, sistemli yanaşmanın həyat tərzimizin və yaşayış mühitimizin təkamülündəki əhəmiyyətinə diqqət çəkib.

"Biz dünyayla və bəşəriyyətlə birgə inkişaf edən canlı bir sistem yaratmalıyıq, sadəcə olaraq gələcəyi təqib etməməliyik", - o vurğulayıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
30
47
milli.az

10Mənbələr