AZ

Milyonçu “Oleq Bakinski” barədə qərar verildi

Xuliqanlıqda ittiham olunan milyonçu Oleq Krapivin ("Oleq Bakinski") ev dustaqlığına buraxılmasını istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər. Müdafiəçilər təqsirləndirilən şəxsin yer dəyişdirmə və istintaqdan yayınma fikrinin olmadığını bildiriblər.

Məhkəmə vəsatəti əsaslı hesab etməyib. "Oleq Bakinski"nin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, ukraynalı tanınmış milyonçu "Oleq Bakinski" üç ay əvvəl Bakıda həbs edilib. O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur. Bir neçə gün əvvəl onun həbs müddəti uzadılıb.

Milli.Az

Seçilən
5
8
milli.az

10Mənbələr