Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunun 1/16 final mərhələsində Ukraynanın "Qaliçanka" klubuna qarşı oyunlara itkilərlə çıxacaq.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, kapitan Minayə Məmmədova və Aytən Eminova Ukrayna təmsilçisi ilə qarşılaşmalarda forma geyinə bilməyəcəklər. Əməliyyat olunan hər iki həndbolçu sözügedən matçlara kimi hazır olmayacaq.
Rumıniyalı referilər - Yonut Marian və Suliman Qesurun idarə edəcəyi görüşlər noyabrın 16-17-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.