AZ

İranın qalasına dağıdıcı hücum: Kəndlər ələ keçirildi

“Hizbullah” atəşkəslə bağlı heç bir rəsmi təklif almayıb və İsraillə uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər silah və təchizata malikdir.

Teleqraf.com xəbər verir ki, bunu “Hizbullah” terror təşkilatının sözçüsü Məhəmməd Afif deyib.

Afif İsrail ordusunun quru əməliyyatına başladıqdan altı həftə sonra Livanın cənubunda ələ keçirdiyi əraziləri saxlaya bilmədiyini və Xiam şəhərinə girmək cəhdinin uğursuz olduğunu iddia edib.

“Yerdəki duruma nəzarət edə bilmədiyiniz müddətcə siyasi məqsədlərinizə çata bilməyəcəksiniz”, - təşkilatın sözçüsü bildirib.

“Hizbullah”ın iddialarına baxmayaraq, “Times of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatları zamanı sərhədə yaxın çoxsaylı kəndləri ələ keçirib. Nəşrin müxbirləri İsrail hərbçilərinin müşayiətilə bu kəndlərin bir neçəsinə baş çəkib.

Həmçinin İsrail bəyan edir ki, Livan kəndlərini uzun müddət saxlamaq və ya ölkənin dərinlərinə doğru irəliləmək planları yoxdur.

İsrail Müdafiə Qüvvələrinin də Livandakı quru əməliyyatlarının bəyan edilmiş məqsədi sərhəd kəndlərində terror qruplaşmasının infrastrukturunu dağıtmaqla “Hizbullah”ın təcavüzü təhlükəsini aradan qaldırmaqdır.

İsrail ordusu lazımi nöqtələri “Hizbullah”dan təmizlədikdən sonra qüvvələrini geri çəkilir.

Livanın cənubu (İsraillə sərhəd əraziləri) İranın regionda yəhudi dövlətinə qarşı əsas qalası hesab olunur. Təsadüfi deyil ki, Tehran tərəfindən dəstəklənən və silahlandırılan “Hizbullah”ın Livandakı əsas hərbi obyekt və qüvvələri də burada yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
65
teleqraf.com

1Mənbələr