AZ

Rumen Radev Bakıdadır

Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Seçilən
62
6
qafqazinfo.az

9Mənbələr