AZ

COP29 Blue zonada çay təminatçı "Azerçay"dır - FOTOLAR

Hazırda ölkəmizdə dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29 keçirilir. Bütün özəl və dövlət qurumları Bakı Olimpiya Stadionunda qonaqlarını qəbul edir.

Bakıvaxtı.az xəbər verir ki, layihə çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonun qonaqlarının çay təminatını doğma çay markası "Azerçay" həyata keçirir.

Doğma çay markamız ölkəmizdə qonaq olan şəxslərə hədiyyələr təqdim edərək ölkəmizin çay mədəniyyəti haqqında məlumat verir. Həmçinin Yaşıl zonada olan qonaqlar da "Azərsun" pavilyonuna yaxınlaşaraq "Azerçay"a qonaq ola bilərlər. 

Azərbaycanın çay mədəniyyətinin qorunmasında və ölkəmizdə çayçılığın inkişafında müstəsna rolu olan “Azerçay” daim yerli və beynəlxalq layihələrə dəstək olur.

Qeyd edək ki, “Azerçay” ötən il Dubayda keçirilmiş COP28-də Azərbaycan Pavilyonunu ziyarət edən qonaqları da çayla təmin edib.

Seçilən
1
24
bakivaxti.az

10Mənbələr