AZ

Əli Əsədov Esperansa da Koşta ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Nazirlər Kabinetindən Gundem.az-a verilən məlumata görə, Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulandı.

Bildirilir ki, Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.

Seçilən
2
32
gundem.az

10Mənbələr