"Bizim döyüşçülərimiz də, rəhbərliyimiz də livanlıdır, biz kimsənin fraksiyası deyilik, heç kimdən əmr və göstəriş almırıq..."
"Hizbullah"ın KİV-lərlə əlaqələr üzrə nümayəndəsi Məhəmməd Əfif bəyan edib ki, İsrail heç vaxt qalib gəlməyəcək, qruplaşmanın isə uzunmüddətli müharibə üçün resursları kifayət qədərdir.
Moderator.az xəbər verir ki, bu barədə o, "Şəhidlər Günü" ilə əlaqədar olaraq mətbuat konfransında "Hizbullah" döyüşçülərinə müraciət edərək bəyan edib. Məlumatı Luvanın "National News Agency" milli xəbərlər agentliyi yayıb.
"Yerlərdə gerçək hadisələr sizin əlinizdədir, siyasətdə və qərarlarln qəbulunda həlledici söz sizə məxsusdur. Sizin mübarizəniz və dəyanətinizdən asılı olaraq vətəninizin taleyi və mümkündür ki, bütün Yaxın Şərqin taleyi müəyyən ediləcək.
45 günlük qanlı döyüşlərdən sonra, beş hərbi diviziya, iki briqada və 65 min əsgərə malik olmasına rəğmən, düşmən Livanın bircə kəndini də ələ keçirməyə müvəffəq olmayıb", - Əfif israillilərə müraciət edib.
"Siz heç vaxt öz müharibənizdə havada üstünlüyünüzlə, həmçinin dinc sakinləri, qadınları və uşaqları qovmaq və qətlə yetirmək hesabına qalib gələ bilməyəcəksiniz.
Siz yerdə irəliyə getməyənədək və faktiki nəzarəti əldə etməyənədək heç vaxt öz siyasi məqsədlərinizə nail ola bilməyəcəksiniz, şimal əhaliniz isə heç vaxt şimala dönə bilməyəcək", - müraciətdə deyilir.
Əfif daha sonra bəyan edib: "Hizbullah"ın 1982-ci ildə yaradılması əvvəlcədən İsrail işğalına təbii olaraq yaradılıb. Hərəkatımız İsrailin işğal etdiyi Livan torpağında yaranıb.
Bizim rəhbərlərimiz livanlılardır, müqavimət hərəkatının döyüşçüləri də atadan babayadək livanlılardır. Biz kimsənin fraksiyası deyilik, biz heç kimin əmrlərini icra etmirik və heç kimdən göstərişlər almırıq", - Əfif əmin edib.
"Biz bir daha təsdiq edirik ki, müqavimət hərəkatı xüsusilə ön cəbhədə bütün səviyyələrdə uzunmüddətli müharibə üçün kifayət qədər silah və döyüş sursatlarına malikdir", - o, məlumat verib.