AZ

Rusiya bu ay 4,55 milyon ton buğda ixrac edəcək

Noyabrda Rusiyanın buğda ixracı (Avrasiya İqtisadi İttifaqı ölkələrinə tədarüklər daxil olmaqla) 4,55 milyon ton təşkil edəcək. Musavat.com xəbər verir ki, məlumatı “Rusaqrotrans” analitik mərkəzi açıqlayıb. Ötən ilin noyabrında göstərici 3,49 milyon ton olub.

Noyabrın 7-nə olan məlumata görə, dərin dəniz limanlarına taxıl ixracı üçün cari müraciətlər 3,61 milyon tonu buğda olmaqla 3,76 milyon ton təşkil edir.

Mərkəzin məlumatına görə, noyabrda Rusiya buğdasına (12,5 faiz protein) ixrac tələbi qiymətləri həftə ərzində 5 dollar azalaraq 1 ton üçün 227 dollara (FOB) düşüb. Eyni zamanda təklif qiymətləri bir ton üçün 230-235 dollar səviyyəsində formalaşıb. Fransa buğdasının qiyməti bir ton üçün 1 dollar ucuzlaşaraq 242 dollara, alman buğdasının qiyməti 4 dollar azalaraq 249 dollara, Amerika buğdasının qiyməti isə 4 dollar ucuzlaşaraq 257 dollara düşüb.

Musavat.com

Seçilən
74
10
musavat.com

8Mənbələr