“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu iki gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, 1-ci liqada 6-cı turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta