AZ

Tramp onu vəzifəyə gətirir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp respublikaçı senator Marko Rubionu dövlət katibi təyin edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, Tramp hələ də qərarını dəyişə bilər, ancaq Rubionun bu posta gətiriləcəyi ehtimalı yüksəkdir.

Amerika mediasının məlumatına görə, bu vəzifəyə mümkün namizədlər arasında biznesmen Vivek Ramasvami, əvvəllər Tramp dövründə ABŞ-nin Yaponiyadakı səfiri vəzifəsində çalışmış Tennessi senatoru Bill Hagerti və ölkənin Almaniyadakı keçmiş səfiri Riçard Qrenell də nəzərdən keçirilir.

Məlik,
KONKRET.az

Seçilən
73
konkret.az

1Mənbələr