AZ

Lempard məşqçiliyə qayıdır

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard yenidən məşqçiliyə qayıda bilər.

Sportnet.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Çempionşipdə mübarizə aparan "Koventri Siti" ilə danışıqlar aparır.

Aşağı liqa təmsilçisi uğursuz nəticələrə görə 8 il komandaya rəhbərlik etmiş Mark Robinsonla bir müddət əvvəl yollarını ayırıb.

Qeyd edək ki, daha əvvəl “Derbi Kaunti”, “Everton” və “Çelsi” komandalarını çalışdırmış Frenk Lempard ötən ilin yayından işsizdir.


Seçilən
29
1
sportnet.az

2Mənbələr