AZ

Abxaziyada kütləvi etirazlar: PAYTAXTA BÜTÜN GİRİŞLƏR BAĞLANDI - VİDEO

Abxaziyanın Suxumi şəhərində müxalifətin gecə saatlarından başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılar bir neçə körpünü bağlayıblar.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hazırda şəhərdəki Qumistinsk körpüsü avtomobillərin keçidi üçün bağlanıb. Körpüdən yalnız piyada keçmək mümkündür.

Polislə toqquşmalar nəticəsində indiyə qədər 6 etirazçı saxlanılıb.

Bundan başqa şəhərin Kodor və digər əsas körpüsü də etirazçılar tərəfindən tutulub. Artıq Suxumi şəhərinə bütün girişlər bağlanıb.

Etirazçılar saxlanılanların dərhal buraxılmasını tələb edirlər.

Qeyd edək ki, qondarma parlamentin Rusiya ilə investisiya sazişinin ratifikasiyası və çoxfunksiyalı layihənin tikintisinin müzakirəsindən sonra deputatlara hücum edilib. Hücum edənlərin 4-ü saxlanılıb. Onların yaxınları və müxalifət nümayəndələri “dövlət təhlükəsizlik xidməti”nin binasına soxulmağa cəhd ediblər. Nəticədə güc strukturları ilə etirazçılar arasında toqquşma baş verib.

https://youtu.be/-JWViyN5qOo

Seçilən
29
3
korrespondent.az

4Mənbələr