Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın həmin tədbirdə iştirakı ilə bağlı iddiaları cavablandırıb.
"Cebheinfo.az" İRNA-ya istinadən xəbər verir ki, o bu barədə deyib:
“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edir.
Ölkə rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.
"Cebheinfo.az"