“Ölkəmiz dünyanın taleyini təyin edən ekoloji məsələlərə liderlik edir. Bu tarixi bir hadisədir. Burada Azərbaycanın şirkətləri və iş adamları COP29da iştirak edərək dünyaya nə kimi töhfələr verə biləcəyimiz təcrübələrimizi bölüşürük.”
Bu fikirləri jurnalistlərə açıqlamasında “Qarabağ” FK-nın prezidenti, “GreenTech” şirkətinin sədri Tahir Gözəl bildirib.
T.Gözəl məlumat verib ki, yaşıl iqtisadiyyata keçid əsas tutaraq müəssisələrimizdə 95 faiz suya qənaət edilir: “Eyni zamanda, yağış sularından da yenidən istifadə olunur. Qapalı məkanlarda məhsul istehsal etdiyimiz üçün istixanaların böyük bir qismində isə ümumiyyətlə pestisiddən istifadə olunmur, tamamilə təbii istehsal həyata keçirilir. Bu kimi təcrübələri tədbir iştirakçıları üçün bölüşdük. Hesab edirəm ki, tədbir burada iştirak edən xarici şirkət təmsilçiləri üçün faydalı bir görüş oldu.”
Orxan Vahidoğlu, “İki sahil”