AZ

Elm adamları insanların COVID-19 epidemiyasından sonra daha çox alkoqol içməyə başladığını araşdırıblar

Cənubi Kaliforniya Universitetinin alimləri Covid-19 epidemiyasından sonra alkoqol istifadəçilərinin və alkoqol aludəçilərinin sayının artdığını müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Annals of Internal Medicine (AIM) jurnalında dərc olunub.

Tədqiqatçılar tədqiqatları üçün əsas kimi Milli Sağlamlıq Müsahibə Sorğunun (NHIS) 2020 və 2022-ci il məlumatlarından istifadə ediblər. Sorğularda 24 mindən çox ABŞ vətəndaşı iştirak edib. Suallar alkoqol istehlakı, sosial-iqtisadi və demoqrafik faktorlar və iştirakçıların sağlamlıq vəziyyəti ilə bağlı məlumatları əhatə edib. Nəticələr göstərib ki, 2020-ci ildə həm alkoqol istifadəçilərinin ümumi sayı, həm də spirtli içkilərdən sui-istifadə edənlərin sayı artıb. Bu tendensiya 2022-ci ildə də davam edib. Epidemiyanın başlamasından 3 il keçsə də, insanlar sağlam həyat tərzinə qayıda bilməyiblər. Tədqiqatçılar, bu davamlı artımın potensial səbəbləri arasında pandemiyanın yaratdığı stress və səhiyyə xidmətlərinə çıxış problemləri ilə əlaqədar artan alkoqol istehlakına normallaşma və uyğunlaşma daxildir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
63
36
editor.az

10Mənbələr