NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq kosmik stansiyadan videobağlantı ilə müraciət ünvanlayıblar.
Viral.az-ın xəbərinə görə, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
“Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük”, – deyə qeyd ediblər.
Son Yazılar:
- NASA-dan COP29-a görə Azərbaycana təşəkkür
- İsveçrə millisinin futbolçusu 22 yaşında karyerasını bitirdi
- Əli Əsədov İraqın Prezidenti ilə görüşdü
NASA nümayəndələri COP29-da iştirak edən bütün tərəflərə, o cümlədən Azərbaycana təşəkkür ediblər:
“Biz planetin gözəlliyinin qorunması üçün səylərə görə təşəkkür edirik. Bizim partnyorlarımız və əməkdaşlarımız məlumatı sizinlə bölüşməyə hazırdır. Bizim missiyamız artan dəniz səviyyəsi, qaz emissiyaları və digər problemlərə kosmosdan baxaraq məlumatları Yerə ötürməkdir”, – onlar vurğulayıblar.