AZ

İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb

İngiltərə Premyer Liqası tarixinin 10 ən pis hücumçusu bəlli olub.

"Report"un məlumatına görə, siyahını məşhur "GiveMeSport" nəşri tərtib edib.

İlk sırada "Arsenal" və "Kristal Pelas"ın sabiq forvardı Yaya Sanoqo qərarlaşıb.

"Sanderlend" və "Hall Siti"də çıxış etmiş Cozi Altidor ikinci, "Çelsi", "Uiqan" və "Blekbern"də oynamış Franko Di Santo üçüncü olub.

Növbəti sıralarda Jo ("Mançester Siti", "Everton"), Frensis Ceffers ("Arsenal", "Everton", "Çarlton", "Blekbern"), Andrey Voronin ("Liverpul"), Mido ("Tottenhem", "Uiqan", "Vest Hem"), Roberto Soldado ("Tottenhem"), Alfonso Alveş ("Midlsbro") və Radamel Falkao ("Mançester Yunayted", "Çelsi") yer alıblar.

Seçilən
64
6
far.az

7Mənbələr