Peruda sərnişin mikroavtobusunun uçuruma düşməsi nəticəsində 10 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatında bildirilib.
Məlumata görə, ölkənin cənubundakı Cuyo bölgəsində Culiaka-Sandiya yolunda sərnişin mikroavtobusu idarəetməni itirərək 220 metrlik uçuruma düşüb.
Qəzada 10 nəfər hadisə yerində ölüb, 4 yaşlı uşaq isə ağır xəsarətlərlə mikroavtobusdan çıxarılıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub.