AZ

Prezident, COP29 Liderlər Sammitində Azərbaycanın regional əhəmiyyətindən danışıb

Fins.az xəbər verir ki, noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın strateji mövqeyinin əhəmiyyətini xüsusi olaraq qeyd edib.

"Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir."

Prezident həmçinin bildirib ki, Azərbaycan Şimal, Cənub, Qərb və Şərqin qovuşduğu bir məkandır.Bu unikal coğrafi mövqe ölkəmizi beynəlxalq enerji, mədəniyyət və daşımalar sahələrində əsas oyunçuya çevirib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın həyata keçirdiyi meqalayihələrin Avrasiyanın enerji və daşımalar yollarını dəyişdiyini vurğulayıb. "Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq," — deyə dövlət başçısı qeyd edib. Bu layihələr, Azərbaycanı regionda davamlı inkişaf və sülh üçün vacib tərəfdaş halına gətirərək, qlobal əməkdaşlığa mühüm töhfələr verir.
 

Zemfira Ms
Fins.az 

 

Seçilən
25
fins.az

1Mənbələr