AZ

COP29 çərçivəsində Maya Sandu və Tokayev arasında görüş olub

Moldova Respublikasının Prezidenti xanım Maya Sandu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  arasında COP29 çərçivəsində ikitərəfli görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Maya Sandu "X" hesabında paylaşım edib.

"Bakıda COP29 çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev görüşdüm. Qazaxıstanla tərəfdaşlığımızı və iqtisadi əməkdaşlığımızı genişləndirməyi müzakirə etdik. Yanvarın 1-də Astanada Moldovanın səfirliyinin açılması daha dərin əlaqələrə və xalqımız üçün yeni imkanlara doğru daha bir addımdır" , deyə paylaşımda qeyd olunub.

Seçilən
40
operativmedia.az

1Mənbələr