Alimlər Uran və onun peyklərində həyatı dəstəkləyə biləcək okeanların ola biləcəyini açıqlayıblar.BBC-nin məlumatına görə, tədqiqatçılar 1986-cı ildə NASA-nın "Voyager 2" kosmik gəmisi tərəfindən toplanan məlumatları yenidən araşdırıblar.Yeni qiymətləndirmədə "Voyager" məlumat toplarkən güclü bir günəş fırtınası səbəbiylə maqnit sahəsinin müvəqqəti olaraq pozulmuş ola biləcəyi vurğulanıb və bu Uran sisteminin əslində necə olduğu ilə bağlı yanlış təsbitlərə səbəb olub.Planetin maqnit sahəsi okeanları və geoloji aktivliyi göstərən planetdən və onun peyklərindən çıxan qazları və digər maddələri tutsa da maqnit sahəsi "Voyager 2" məlumatlarında görünməyib və bu da Uranda həyatın olmadığı fikrinə səbəb olub.Yeni analizdə Uran sistemində okeanlara dəlil təmin edən qazlar təsbit edilib və elm adamları bunun planetdə həyatın mümkünlüyünə işarə etdiyini iddia edib.Xatırladaq ki, "Voyager 2"nin Uran və onun peyklərinin yanından sonuncu dəfə keçməsindən təxminən 40 il keçib və NASA daha yaxından baxmaq üçün 10 il ərzində Urana yeni kəşfiyyat missiyası keçirməyi planlaşdırır.Qeyd edək ki, Uran günəş sisteminin ən soyuq planeti kimi tanınır və onun orta temperaturu mənfi 224 dərəcə selsidir.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta