AZ

"Öz qələbəmə yaxşı pul qoyacam" - 58 yaşlı Tayson 27 yaşlı Pola meydan oxudu

Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həmyerlisi Ceyk Polla döyüş ərəfəsində maraqlı fikirlər səsləndirib.

Fanat.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı Mayk 27 yaşlı Ceyklə keçirəcəyi qarşılaşmadan öncə belə danışıb:

"İndi əvvəlki qədər yaxşı formadayam. Hər hansı riskdən söhbət gedə bilməz. Ceyk Pol necə rəqibdir? Mənimlə üz-üzə gələcək qədər yaxşı rəqibdir. Bilirəm, çoxları şansımın az olduğunu düşünür. Öz qələbəmə yaxşı pul qoyacam".

Xatırladaq ki, Pol və Mayk arasında keçiriləcək səkkiz raundluq qarşılaşma rəsmi statuslu görüş olacaq. Tərəflər noyabrın 16-da üz-üzə gələcəklər. 

Həm də bloger kimi tanınan Polun hesabında peşəkar boksda 10 qələbə var ki, bunlardan da 7-də nokaut qeydə alınıb. Tayson isə qazandığı 50 qələbənin 44-də rəqiblərini nokautla yenib. Mayk 6, Pol 1 dəfə uduzub.

Nihat

Seçilən
25
fanat.az

1Mənbələr