AZ

Qazaxıstandan Azərbaycanın Xəzəryanı ölkələrin ekspert qrupunun yaradılması təşəbbüsünə dəstək...- Tokayev

Image

Qazaxıstan Azərbaycanı Xəzəryanı ölkələrin ekspert qrupunun yaradılması təşəbbüsündə dəstəkləyir. Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

"Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün qorunması ümumi narahatlıq doğuran bir məsələdir və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir. Biz Prezident İlham Əliyevin Xəzəryanı dövlətlərdən ibarət ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirik", - deyə o bildirib.

Prezident əlavə edib ki, Qazaxıstan Aral dənizinin qorunması üzrə fəaliyyətini gücləndirəcək.

"Bu qlobal tədbirin təşkilinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirir və inanıram ki, birlikdə bu günümüzün nəslinin qarşısında duran vacib vəzifəni həll edə biləcəyik", - deyə Tokayev sözlərini tamamlayıb.





Seçilən
21
1
baki-xeber.com

4Mənbələr