AZ

Bakıda saxlanan separatçıları cəmi 30 erməni dəstəklədi - FİASKO

Ermənistan parlamenti noyabrın 12-də keçirilən iclasında Milli Assambleyanın təcili müzakirələr çərçivəsində təqdim etdiyi “Azərbaycanda saxlanılan erməni hərbi əsirləri haqqında” bəyanat layihəsini qəbul etməyib. Bəyanat layihəsini parlament müxalifəti hazırlayıb.

“Cebheinfo.az” xəbər verir ki, parlamentdə çoxluğa malik hakim “Mülki müqavilə” Partiyasının parlament fraksiyası səsvermədə iştirak etməyib. Beləliklə,  bəyanat layihəsinin səsverməsi uğursuz olub. Parlamentin bəyanat layihəsini cəmi 30 müxalifət deputatı dəstəkləyib.

Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan parlamentin tribunasından müzakirələr zamanı deyib: 

“Müxalifət məhbuslar məsələsini siyasi kapitala çevirməyə çalışır. Onların fikrincə, erməni hərbi əsirlərin qaytarılması parlamentin iclasından və təqdim olunan bəyanat layihəsindən deyil, ölkə hakimiyyətinin diplomatik işindən asılıdır”.

Seçilən
81
4
cebheinfo.az

8Mənbələr