“COP29-un açılış mərasimi xoş təəssürat yaratdı”.
Oxu24.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən COP29 konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Mən tədbirə bu səhər gəldim və artıq gördüklərimdən çox təsirləndim: möhtəşəm açılış mərasimi keçirildi, indi isə dünya liderləri çıxış edir. Xoşdur ki, səhiyyə məsələlərinə daha çox diqqət yetirilir. Çünki hər zaman vurğuladığımız kimi, iqlim böhranı eyni zamanda sağlamlıq böhranıdır", - deyə o bildirib.
Qebreyesus gələcək illər üçün səhiyyə baxımından təhlildən danışıb və çox şeyin bizdən asılı olduğunu vurğulayıb.
"Təhlil belədir: hər şey bizim əlimizdədir. Əgər hazırlaşsaq, əlimizdən gələni etsək, qarşısını almaq üçün çox sayda tədbir görə bilərik. Hər şey bizim əlimizdədir, və əgər hərəkət edər, hazırlıqlı olar və qarşısını alarsaq, bu baş verməyəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta