AZ

Həmkarının çıxışı zamanı Ərdoğan zalı tərk etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında liderlərə müraciət edib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

O, müsəlman ölkələrini İsrailin qırğınlarına qarşı birgə hərəkət etməyə çağırıb: "Biz Netanyahu hökumətinə işğalının xərclərinin olduğunu hiss etdirəcək bütün konkret və real təklifləri həyata keçirməyə hazırıq". 

Sammitin əsas prioriteti ərəb və islam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin yaradılmasına çalışmaq olub.

Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib.

Sammitdə maraqlı anlar yaşanıb. Suriya prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğan zalı tərk edib. 

Ağarza Elçinoğlu 

Seçilən
15
unikal.az

1Mənbələr