AZ

COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!" adlı aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Fransanın müstəmləkəsində olan ada ölkələrin fəalları iştirak ediblər. Onlar bu aksiya ilə Fransaya mesaj göndərdiklərini bildiriblər.
Qeyd edilib ki, Qvineya Cənubi Amerikada müstəmləkə altında olan yeganə ərazidir. Aksiya iştirakçıları ölkələrinin 2024-cü ildə Fransanın müstəmləkəsində olmasına etirazlarını bildiriblər. Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıblar. Fransanın müstəmləkəçiliyi olan yerlərin BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması tələb edilib. Həmçinin, müstəmləkə altındakı ərazilər üçün iqlim dəyişikliyi sahəsində ədalət tələb olunub.
Aksiya iştirakçıları "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son", "Gecikən ədalət, inkar edilən ədalətdir", "Təhsili, fikirləri müstəmləkədən azad edək!", "Müstəmləkəçiliyə yox deyək!" kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını ifadə ediblər.
Seçilən
24
45
oxu.az

10Mənbələr