1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə Yaşıl Zonada "Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, həmin regionlarda iqlim maliyyəsinin mövcud vəziyyəti və gələcək potensialı araşdırılıb.
"Bakı Fond Birjası" QSC-nin (BFB) idarə heyətinin sədri Ruslan Xəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays, "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) icraçı direktoru, dayanıqlılığın idarə edilməsi departamentinin baş direktoru Hiroko Yano, AIFC Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizdhuaniyevin iştirak etdikləri panel müzakirəsində mövcud problemlərlə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim fəaliyyətinin sürətləndirilməsi, bu istiqamətdə maliyyə dəstəyinin artırılması və optimallaşdırılması, bu sahədə strateji əməkdaşlıq yolları müzakirə edilib.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın