AZ

“Neftçi”nin sabiq baş məşqçisindən qeyri-adi açıqlama: Sekslə bağlı zarafatları...

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, hazırda İranın “İstiqlal Xuzistan” klubunda çalışan monteneqrolu mütəxəssis sekslə bağlı zarafatlardan imtina etdiyini etiraf edib:

“Hər kəs yaşına uyğun dəyişir və mən də istisna deyiləm. Mən daha bu barədə zarafat etmirəm. Ancaq indiyə qədər hər şey mənim üçün yaxşı gedir, işləyir. Hər klubun, hər tapşırığın öz hekayəsi var. Rusiyada mən daha çox azad olmuşam, rus mentaliteti mənim xasiyətimə bənzəyir. Ona görə də istənilən mövzuda zarafat edə bilərdim. Amma İranda buna hələ indi öyrəşirəm”.

Qeyd edək ki, 56 yaşlı məşqçi ötən mövsümün ikinci yarısında “Neftçi”yə rəhbərlik edib.

Seçilən
66
publika.az

1Mənbələr