AZ

Ekvadorlu futbolçu cəzalandı

Oskar Sambranonun aqibəti müəyyənləşib. Ekvador yığmasının oyunçusu antidopinq qaydalarını pozduğu üçün cəzalanıb.

Hazırda “Hall Siti”də icarə əsasında çıxış edən futbolçunun transfer hüququ “LDU Kito”ya məxsusdu. Sambranonun tərkibində yasaqlanmış maddə olan allergiya əleyhinə preparatdan istifadə etdiyi müəyyənləşib. Onun həkimlərin icazəsi olmadan dərman qəbul etməsi bir müddət əvvəl araşdırmaya yol açmışdı. Vəkilinin dediyinə görə, Oskar bilmədən orqanizminin allergiyasının olduğu krevet yeyib və nəticədə halı pisləşib. Mənfi simptomlardan qurtulmaq üçün isə dərman qəbul edib. Həmin dərmanın tərkibində isə peşəkar idmançılar üçün qadağan olunmuş maddə varmış.

Cənubi Amerika Futbol Konfederasiyası hələlik Sambranonu qeyri-müəyyən müddətə rəsmi yarışlardan kənarlaşdırıb. 20 yaşlı yarımmüdafiəçi bu qurumun qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.

Yeri gəlmişkən, Oskar mövsüm “Hall Siti”nin formasında İngiltərə çempionatının 2-ci divizionunda meydana çıxdığı 8 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
22
football-plus.az

1Mənbələr