AZ

Bu gün ABŞ neft-qaz sənayesində emissiya vergisini təsdiqlədi — Con Podesta

Bu gün ABŞ neft-qaz sənayesində emissiya vergisini təsdiqlədi.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən CO2 olmayan metan və digər istixana qazları üzrə Sammitdə çıxışı zamanı bildirib.

"ABŞ hələ də 2050-ci ilə qədər bütün istixana qazlarının sıfır emissiyalarına nail olma hədəfinə sadiqdir və ümid edirik ki, digər ölkələr də bizim nümunəmizi izləyərək bütün istixana qazları üçün öz hədəflərini müəyyən edəcəklər. Son 4 il ərzində ABŞ metan və qeyri-metan istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqda irəliləyiş əldə edib.

Keçən il biz metan emissiyalarını 80 faiz azaldacaq yeni tənzimləməni açıqladıq ki, bu da bizim ən böyük metan mənbəyimiz olan neft-qaz sektoruna aiddir. Bugün isə ABŞ, Baydenin inflyasiyanı azaldan qanununa əsasən, neft-qaz sənayesində emissiya vergisini təsdiqlədi. Bu qanunla, 2026-cı ilə qədər metan emissiyaları üçün böyük emitentlərə verilən ödəniş 1500 dollar olacaq", - deyə C.Podesta qeyd edib.

Seçilən
19
2
demokrat.az

3Mənbələr