AZ

Uşaqlarla 5 şeyi müzakirə etmək OLMAZ – Valideynlərin DİQQƏTİNƏ

Uşaqlar çoxlarının düşündüyündən daha çox məlumatı qavrayırlar. Nəinki bizim onlara dediklərimizi, hətta ətrafda eşitdikləri hər sözü mənimsəyirlər. Ona görə də uşaqların yanında bəzi mövzuları danışmaqdan qaçmaq lazımdır.

Medianews.az Lent.az-a istinadən həmin mövzuları sizə təqdim edir:

1. İnsanların bədənləri haqqında danışmaq

Ailə terapevti Brian Billups Hagis deyir ki, uşaqlar özünün və ya digər insanların görünüşü haqqında mənfi şərhləri çox tez mənimsəyir:

“Uşaqlar eşitdikləri hər şeyi qavramaqda süngər kimidirlər. Əgər bədən tənqidlərini eşidirlərsə, bu, gələcəkdə özünə hörmət və görünüşü ilə bağlı problemlərə yol aça bilər”.

2. Digər valideyn və ya qəyyumların tənqid olunması

Digər valideynlər haqqında mənfi fikirlərdən qaçmaq vacib bir məsələdir. Bu, uşağın tərəfləri seçməsinə və ya vəziyyətə görə məsuliyyət hiss etməsinə səbəb ola bilər. Bundan əlavə, uşağın digər valideynlə münasibətinə zərər verə bilər.

3. Uşağı öz qardaş və bacıları ilə müqayisə etmək

Klinik psixoloq Laura Markam belə müqayisələrdən çəkinməyi tövsiyə edir, çünki bu, uşaqlar arasında rəqabətə və münaqişəyə səbəb ola bilər:

“Belə müqayisələr kin, qısqanclıq və etibarsızlıq doğurur. Məsələn, “Sən mənim ağıllı uşağımsan, məni qardaşın kimi narahat etmirsən” ifadəsi təzyiq yaradır, çünki uşaq bu “ağıllı” imicini qoruyub saxlamalı olduğunu hiss edir.

4. Böyüklərin yaşadığı pul problemləri

Uşaq psixoloqu Anne-Luis Lokart izah edib ki, uşaqlar böyüklərin maliyyə məsələlərinə dair anlayışa malik deyil. Bu səbbdən səhv qərarlar verə bilərlər ki, bu da qorxu və ya narahatlığa səbəb ola bilər.

5. Alkoqol və ya narkotik istifadəsini dəstəkləyən söhbətlər

Hagis qeyd edib ki, bu cür söhbətlər, hətta yumoristik tonda belə olsa, uşaqlarda bu maddələrə qarşı  maraq yarada bilər.

Seçilən
56
1
medianews.az

2Mənbələr