Çinin cənubunda yerləşən Quandun əyalətində avtomobilin küçədə gəzən və idman edən insanları vurması nəticəsində 35 nəfər həlak olub.
Korrespondent.az bildirir ki, bu barədə “Associated Press” agentliyi yerli polis orqanlarına istinadla məlumat yayıb.
Son məlumata görə, daha 43 nəfərin yaralandığı bildirilir.
Polis qəzanı törədib qaçmaq istəyən 62 yaşlı sürücünü saxlayıb. Hadisənin qəza, yaxud qəsdən törədilmiş hücum olduğu və motivləri hələlik məlum deyil.
Araşdırma aparılır.